Araz İmanov işdən çıxarıldı
Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.
ENA.az xəbər verir ki, A.İmanov “Qafqazinfo”ya açıqlamasında işdən çıxarılması ilə bağlı məlumatın doğru olduğunu bildirib.
O, işdən hansı səbəbdən ayrılması ilə bağlı şərh vermək istəmədiyini vurğulayıb.
Xatırladaq ki, A.İmanov sabiq deputat, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanovun oğludur.