Elm və Texnologiya

"2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək"

2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

“Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. İndiyə qədər 40 mindən çox müəllim seritifikasiyadan keçirilib. Həyata keçirilən tədbirlər müəllim nüfuzunun, rifahının artırılmasına yönəlib”, – deyə nazir əlavə edib.

Qeyd edək ki, 2023 cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Niriyevin həmsədrliyi ilə ” Gülüstan” Sarayında “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfrans keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)