Gündəm

Paşinyan: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıq”

“Ermənistan bəyan edir ki, regional kommunikasiyaların açılmasına hazırdır və bunda maraqlıdır”.

ENA.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

Hökumət başçısı bildirib: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir.

Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”, - Paşinyan bildirib.

Erməni baş nazir bir daha “dəhliz” ifadəsinə qarşı olduğunu vurğulayıb və bu ifadənin "yol"lla əvəzlənməsini istiəyib.

“Bizim Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”, - deyə baş nazir bildirib.

Yolun eyni hissədən keçməsinə gəlincə, Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm yolun, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir.

Hökumət başçısının fikrincə, yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır.

“Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”, - Paşinyan söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)