Nazir müşaviri avtomobil yanacağının keyfiyyətindən narazılıq etdi
“Azərbaycanın avtomobil parkına baxanda fəxr edirik”.
ENA.az xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.
“Düşünürəm ki, Azərbaycanın avtomobil parkında vəziyyət digər ölkələrlə müqayisədə daha yaxşıdır”.
Nazir müavini avtomobillərin ətraf mühitə zərərəindən də danışıb:
“Avtomobillərdən çıxan qara tüstünün ətraf mühiti zəhərləməsinin səbəbləri var. Belə ki, bu, yanacağın keyfiyyəti ilə bağlıdır. Düşünürəm ki, bu məsələnin həll edilməsi üçün qanunvericilik bazası lazımdır. Deyə bilmərik ki, bu gün ölkədə ekoloji qanunvericilik 100 % icra olunur”.