Mişel Paşinyan və Əliyevi Brüsselə dəvət etdi
![](https://ena.az/uploads/news/2023-10/_ena_cdf546ccc3a8001408d26e9f3_o.jpg)
Bu ay Avropa İttifaqının (Aİ) ev sahibliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçiriləcək.
ENA.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “France-Presse”ə açıqlamasında deyib.
O bildirib ki, Brüsseldə baş tutacaq görüşlə bağlı tərəflər artıq məlumatlandırılıb.
“Mən hər iki lideri oktyabrın sonunadək Brüsselə dəvət edəcəyim barədə məlumatlandırmışam”, - Mişel bildirib.