Qarabağ

Qarabağın 3 rayonunda sülhməramlıların müşahidə məntəqələri ləğv edildi

Qarabağda təmas xətti boyunca sülhməramlıların müşahidə məntəqələrinin mərhələli şəkildə ləğv edildiyi açıqlanıb.

ENA.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlıları Qarabağda keçmiş təmas xətti boyunca Əsgəran, Ağdərə və Şuşa rayonlarında müvəqqəti müşahidə məntəqələrini bağlayıblar. Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Təhlükəsizliyin təmin edilməsi və mülki əhaliyə münasibətdə humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı fəaliyyət davam etdirilir”, - deyə Rusiya MN bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)