Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
![](https://ena.az/uploads/news/2023-10/_ena_c510283dba61e1fd26408ff3f_o.jpg)
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 5-i gündüzədək davam edəcək.
ENA.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 6-7-də əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.