BİZNES

“Business Hunter”in rəsmi açılışı oldu

Biznes təşkilatlarının sırasına “Business Hunter” biznes klubu da daxil oldu. Klubun rəsmi açılış mərasimində 100-dən çox sahibkar, top menecer və fəxri qonaqlar iştirak edib.

ENA.az saytının media tərəfdaşı kimi çıxış etdiyi tədbir Azərbaycan Respublikası Dövlət Himni ilə başlamış və ardınca Vətən uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə giriş nitqi ilə başlayan biznes klub rəhbəri İlkin Mirzəzadə, klubun gələcək fəaliyyətləri, perspektivləri və ümumi strateji baxışlar barəsində məlumat vermişdir. Tədbirin rəsmi hissənin digər fəxri qonaqları olan Azərbaycan Respublikası Milli Məclisinin deputatları Naqif Həmzəyev və Jalə Əhmədova öz ürək sözlərini tədbir iştirakçılarına çatdırıb. Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri İsmayıl bəy isə, fondun fəaliyyət istiqamətləri barədə detallı məlumat verərək klubun üzvlərinə fondun fəaliyyətlərindən yararlanmaqlarını tövsiyə edib.

Tədbirdə biznes kluba üzv olan 2 şirkətə (Jabbarlı Design və Crea Time) üzvlük sertifikatları təqdim edilib.

Tədbirin növbəti hissəsində, sahibkarlar və idarəçilər arasında B2B şəbəkələşmə davam edib. Ardınca musiqili heyət çıxış etmiş və tədbirin sonu xüsusi team building yarışması ilə başa çatmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)