Qeyri-Bank

Kriptovalyuta birjalarında “WhatsApp” dələduzluğu

Sosial şəbəkələr və sosial mesajlaşma vasitələri üzərindən edilən dələduzlıq əmələrinin sayı  getdikcə artır. Müxtəlif onlayn plafromaların əhatəsi genişləndikcə, baqşalarının pulunu ələ keçirmək istəyənlərin dələduzların taktikası da genişlənir.

ENA.az xəbər verir ki, “Binance” kirptovalyuta şirkəti bildirir ki, dələduzlar bu cür fişinq hücumlarını həyata keçirmək üçün, adətən, “WhatsApp” və digər mesaj mübadiləsi platformalarından istifadə edirlər. Həmin şəxslər əvvəlcə istifadəçilərin etibarını qazanmağa çalışır, sonra isə onlara məlumat və ya pul göndərilməsini istəyirlər.

Şirkətin bununla bağlı yaydığı məlumatda deyilir: “Təəssüf ki, çox vaxt dələduzlar sizinlə əlaqə saxlamaq və sizdən pul istəmək üçün bizim adımızdan istifadə edirlər. Bu yaxınlarda öyrəndik ki, dələduzlar “WhatsApp” qrupları vasitəsilə istifadəçilərimizdən “pul qoparmaq” üçün özlərini “Binance France” və “Binance Italy” komandaları kimi qələmə veriblər”.

Şikrət bildirir ki, “WhatsApp” bütün dünyada milyonlarla insanın istifadə etdiyi ən məşhur sosial mesajlaşma proqramlarından biri olduğu üçün dələduzlar bu platformaya daha çox üz tutur və “WhatsApp”da fişinqi adətən, aşağıdakı yollarla həyata keçirirlər:

  • Özünü başqa şəxs kimi qələmə vermək: Dələduz şirkət təmsilçisi adından “WhatsApp”da saxta profil açır.
  • Hər hansı mühüm “problemi qabartmaq”: Məsələn, sizin hesabınızda şübhəli fəallığın olduğunu iddia edirlər.
  • Məlumat və ya pul tələbi: Dələduz hesab məlumatları və ikifaktorlu autentifikasiya kodları kimi məxfi məlumatları soruşur və ya sizdən onlara bir neçə kriptovalyuta verməyinizi istəyir.
  • İnandırmaq cəhdləri: açıq mənbələrdən inandırıcı təsir bağışlayan bəzi təfərrüatları paylaşırlar.
  • İzolyasiya və yoxa çıxma: Dələduz məxfiliyin saxlanılmasında təkid edir və vəziyyətin incə məsələ olduğunu və ehtiyatla idarə edilməli olduğunu iddia edərək sizi bu məsələni başqa biri ilə müzakirə etməkdən çəkindirir. Nəhayət, siz kriptovalyuta və ya məlumatı göndərdikdən sonra o yoxa çıxır və nəticədə siz əliboş qalırsınız.

“Dələduzluğun necə həyata keçirildiyini anladıqdan sonra onun aşkar əlamətlərini görə bilərsiniz. Bu özünüzü qorumağın ən etibarlı vasitələrindən biridir. Unutmayın ki, biz investisiya məsləhəti və ya pul tələbi ilə heç vaxt “WhatsApp” vasitəsilə sizinlə əlaqə saxlamayacağıq. Əmin ola bilərsiniz ki, bunu edən şəxs sizi aldatmağa çalışır, ona görə də çalışın, sayıqlığı əldən verməyin və rəsmi əlaqə kanallarımızdan istifadə edin”, deyə şirkət xəbərdaqlıq edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)