Meta öz süni intellekt "chatbot"unu təqdim etdi
Meta şirkəti Messenger tətbiqində istifadə edilə bilən "şəxsi xüsusiyyətləri" olan yeni süni intellekt chatbotunu təqdim etdi.
ENA.az xəbər verir ki, Amerika mətbuatında yer alan xəbərlərə görə, Meta şirkətinin baş direktoru Mark Zukerberq şirkətin Kaliforniyadakı baş qərargahında keçirdiyi toplantıda yeni məhsulları ilə bağlı açıqlama verib.
Zukerberq 2023-cü ili “süni intellekt üçün əla il” adlandırıb və qeyd edib ki, süni intellekt chatbotları hələ də müəyyən “məhdudiyyətlərlə” işləyir.
Açıqlamadan sonra Meta, "Messenger" tətbiqində istifadə edilməsi planlaşdırılan "Meta AI" adlı süni intellekt chatbotunu təqdim edib.
Qeyd edilib ki, sözügedən robot “şəxsi” xüsusiyyətlərə malik olacaq və istifadəçilər robotdan “müzakirəyə son qoymaq” kimi yazışma yardımı istəyə bilərlər.
Məşhurlar şəxsi xüsusiyyətlərini icarəyə verəcəklər
Digər tərəfdən, bir çox məşhur adlar Meta AI-nin istifadə edə bilməsi üçün şəxsi xüsusiyyətlərini şirkətə icarəyə verməyə razılaşdılar.
Zukerberq qeyd edib ki, Snoop Dogg və Kendall Jenner kimi adların şəxsi xüsusiyyətləri təkcə suallara cavab vermək üçün deyil, həm də əyləncə məqsədləri üçün istifadə olunacaq.
Sözügedən robot əvvəlcə yalnız ABŞ-dakı istifadəçilər üçün aktiv olacaq.