Birja

Manat avro, rubla və lirəyə qarşı bahalaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 27-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. 

Sentyabrın 27-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7951 manat/1EUR olub. Dünən 1.8006 manat/1EUR təşkil edirdi. Beləliklə, avronun ucuzlaşması prosesi hələki dayanmır.

AMB sentyabrın 27-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0176 manat/1RUB müəyyən edib. Sentyabrın 26-na 0.0177 manat/1RUB olduğundan manatın rubla qarşı bahalaşıb. 

AMB sentyabrın 27-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0623 manat/1TRY təşkil edib. Sentyabrın 26-na məzənnə 0.0625 manat/1TRY idi. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)