Quba şəhəri Türk dövlətlərinin kənd təsərrüfatı paytaxtı seçildi. Nazirlərin növbəti toplantısı Qazaxıstanda olacaq
Quba şəhəri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nazirlərinin növbəti görüşünə qədər qurumun kənd təsərrüfatı paytaxtı seçilib.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov türk dövlətlərindən olan həmkarları ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Bundan başqa, onun sözlərinə görə, nazirlərin növbəti toplantısı gələn il Qazaxıstanda keçiriləcək.