Manat avro və lirə qarşısında bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 26-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb.
Mərkəzi Bankdan verilən məlumata görə, Sentyabrın 26-na manatın avroya qarşı rəsmi məzənnəsini AMB 1,8006 manat/1EUR (25 sentyabr - 1,8102 manat/1EUR) səviyyəsində müəyyən edib.
Mərkəzi Bank sentyabrın 26-na manatın Rusiya rubluna qarşı rəsmi məzənnəsini 0,0177/1RUB (25 sentyabr - 0,0176/1RUB) səviyyəsində müəyyən edib.
Sentyabrın 26-na manatın türk lirəsinə qarşı rəsmi məzənnəsini AMB 0,0625 manat/1TRY (25 sentyabr - 0,0626 manat/1TRY) səviyyəsində müəyyən edib.