Azərbaycanda tikinti materiallarının istehsalı artdı
2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 703,3 milyon manat (348,7 milyon dollar) məbləğində tikinti materialları istehsal edilib. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,4% çoxdur.
ENA.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə respublikada 2,412 milyon ton sement (artım 3,6%), 18,7 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 38,3%), 41,7 min ton asfalt (azalma 64%), 372,1 min kubmetr tikinti kərpici (azalma 9,4%) və 6,104 milyon kvadratmetr tikinti şüşəsi (artım 22,9%) istehsal edilib.
Bundan başqa, 2,427 milyon ton sement klinkeri (artım 8%), 53,8 min ton tikinti gipsi (artım 96,4%), 2,432 milyon ton hazır beton qarışığı (artım 13,6%) və 34,6 min ton tikinti əhəngi (artım 29,1%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur.