Alibaba-nın Türkiyəyə yeni investisiya planı
Çinin elektron ticarət nəhəngi Alibaba qarşıdakı dövrdə Türkiyəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Alibaba-nın səhmdarı olduğu Trendyol-un verdiyi açıqlamaya görə, cümə günü İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla görüşən Alibaba Qrupunun prezidenti Maykl Evans “Bu günə qədər Trendyol vasitəsilə Türkiyəyə 1,4 milyard dollar sərmayə qoyulub", - deyib. "Trendyol" 'un beynəlxalq böyümə strategiyasını dəstəklədiklərini söyləyiblər.
Alibaba Qrupunun prezidenti Michael Evans Türkiyəyə qoyulacaq sərmayələr haqqında prezident Ərdoğana məlumat verib, Ankaradakı data mərkəzi, logistika mərkəzi və İstanbul Hava Limanında həyata keçirdikləri ixrac əməliyyat mərkəzi kimi yeni investisiyalar haqqında təfərrüatları paylaşıb.
Türkiyənin dünyanın qabaqcıl e-ixrac ölkəsi olmaq potensialına malik olduğunu bildirən Evans, “qarşıdakı dövrdə” ölkəyə 2 milyard dollar sərmayə qoymağı planlaşdırdıqlarını qeyd edib.
Alibaba 2018-ci ildə Trendyol-a investisiya qoymaq qərarına gəlib. Trendyol-un Bloomberg-ə verdiyi məlumata görə, hazırda Çin şirkətinin payı 76,1 faiz təşkil edir.