Banklar dollar aldılar - HƏRRAC
Azərbaycan Dövlət Neft Fondu bugün keçirilən valyuta hərracında banklara 25,1 milyon dollar satıb.
"Cümə axşamı hərracda banklar tərəfindən tələb 25,1 milyon dollar təşkil edib və tam ödənilib. Hərracın yekunlarına əsasən, manatın dollara qarşı orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib".
ENA.az xəbər verir ki, sentyabrın 12-də keçirilən hərracda banklar 24,2 mln dollar satılmışdı.
Hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.