Naxçıvanda daha bir vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Naxçıvan Şəhər Mədəniyyəti İdarəsinin müdiri Elşən Xəlilov vəzifəsindən azad edilib.
ENA.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Həsən Seyidov əmr imzalayıb.
E.Xəlilov öz ərizəsi əsasında işdən azad olunub.