Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini işdən çıxarılıb
![](https://ena.az/uploads/news/2023-09/_ena_5fce5a13fcd774f5ab49d498d_o.jpg)
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva işdən çıxarılıb.
Məlumata görə, bununla bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov sərəncam imzalayıb.
T.Mustafayeva eyni zamanda İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri vəzifəsindən də azad olunub.