Sənaye

“European Tobacco Baku”nun kapitalı 200 dəfə azaldı

“European Tobacco Baku” ASC nizamnamə kapitalını 44 milyon 635,22 min manatdan 223,176 min manata salıb. Yəni 200 dəfə azaldıb.

ENA.az xəbər verir ki, şirkətin elanında qeyd olunur ki, şirkətin səhmlərinin nominal dəyəri azaldılmaqla nizamnamə kapitalı azaldılıb.

Nizamnamə kapitalının azalması ilə əlaqədar kreditorların tələbləri 30 təqvim günü müddətində qəbul ediləcək.

“European Tobacco Baku” ASC 2001-ci ilin avqustunda Azərbaycanın vergi orqanlarında dövlət qeydiyyatından keçib. Cəmiyyət Bakı Tütün Kombinatının bazasında yaradılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)