Bankların dollar alışı kəskin azaldı - HƏTİCƏ
Azərbaycan Dövlət Neft Fondu bugün valyuta hərracında banklara 6,1 milyon dollar satıb. ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
"Cümə axşamı hərracda banklar tərəfindən tələb 6,1 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracın nəticəsində manatın dollara nisbətdə orta çəkili məzənnəsi 1,7 manat/1 Dollar təşkil edib".
Sentyabrın 5-də keçirilən hərracda banklar 41,4 milyon dollar almışdı.
Hərraclar rəqabət şəraitində valyutanın birtərəfli satışı formasında keçirilir.