Banklar valyuta hərracında dollar aldılar - NƏTİCƏ
Dövlət Neft Fondu bugün valyuta hərracında banklara 41,4 milyon dollar satıb. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının nəzarətində keçirilən hərracda dollara tələb keçən hərracdan aşağı olub.
Avqustun 31-də keçirilən hərracda banklar 51 mln. dollar almışdılar.
“Çərşənbə axşamı hərracda banklardan tələb 41,4 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracın nəticəsində manatın dollara qarşı orta çəkili məzənnəsi 1,7 manat/$1 təşkil edib”, - deyə AMB-nin məlumatında deyilir.
Xatırladaq ki, hərraclar rəqabətli şəraitdə valyutanın birtərəfli satışı formasında keçirilir.