TURİZM

“Absheron Hotel Group”a yeni rəhbər təyin edilib

Azərbaycanda iri hotellər şəbəkəsinə sahib “Absheron Hotel Group” MMC-nin (Abşeron Hotel Qrup” MMC) baş direktoru dəyişib.

Məlumata görə, Mehmet Balçik hotel şirkətinin rəhbəri təyin edilib. O bu vəzifədə Simon Craig Beaumontu əvəz edib.

Simon Beaumont 2022-ci ilin avqustunda bu vəzifəyə təyin edilmişdi. Həmin vaxta qədər isə bu vəzifədə Martin Kleinman idi.

Mehmet Balçık ali təhsilini ABŞ-da Kaliforniya Pomona Universitetində alıb. Türkiyə, Amerika və Avropada çalışıb.

“PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC hotel idarəetmə şirkətidir. 2013-cü ildə ildə şirkətin qurulması ilə Qrup, dünya səviyyəli hotel və kurort portfelini quraraq milli və regional bazarlarda lider mövqe tutmaqla, hotel sənayesinin strateji oyunçusu olmağı hədəfləyir.

Hotel qrupuna aşağıdakı hotel və kurort qrupları daxildir:

  • Baku Marriott Hotel Boulevard
  • Sheraton Baku Intourist
  • Courtyard by Marriott Baku
  • Pik Palace, Shahdag, Autograph Collection
  • Park Chalet, Shahdag, Autograph Collection
  • Dinamo Hotel Baku
  • The Merchant Baku
  • Bilgah Beach Hotel
  • Allium Bodrum Resort & Spa, Bodrum / Türkiyə, L.V.X. üzvü (Preferred Hotels & Resorts)
  • Boutique 19 Hotel
  • Art Gallery Hotel
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)