Azərbaycanda banklarının yeddi ayda mənfəəti 33% artdı - GÖSTƏRİCİLƏR
2023-cü il yanvar-iyul aylarına Azərbaycanın bank sisteminin cəmi aktivləri 44 milyard 880,3 milyon manat təşkil edir. ENA.az xəbər verir Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvar-iyul aylarında bankların aktivləri 4,6% azalıb. Belə ki, 31 dekabr 2022-ci il tarixinə Azərbaycanda bankların aktivləri 47 milyard 54,9 milyon manat təşkil edib.
2023-cü ilin iyul ayında isə iyun ayı ilə müqayisədə bankların cəmi aktivləri 0,8% və ya 338 milyon manat azalıb.
Bankların Mərkəzi Bankdakı müxbir hesablarındakı vəsaitlərinin həcmi 7 ayda 46,2% azalaraq 3 milyard 401,8 milyon manat təşkil edib.
İyulun sonuna bankların kredit portfeli ötən yeddi ayda 10,9% artaraq 21 milyard 372 milyon manat təşkil edib. 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda banklar biznes kreditləri portfelini 7,1% - 11 milyard 622,7 milyon manatadək artırıb.
Bununla yanaşı, dövlət vəsaiti hesabına biznes kreditləri portfeli iyulun 31-nə 976,8 milyon manat olub, yəni 2022-ci ilin sonundakı göstəricidən 7,2% azdır.
Biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə kreditlər 5 milyard 308 milyon manat, orta sahibkarlığa 2 milyard 444,3 milyon manat, kiçik sahibkarlığa 1 milyard 662,8 milyon manat, mikro sahibkarlığa 2 milyard 207,5 milyon manat olub.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, iyul ayının sonuna biznes kreditlərinin strukturunda problemli kreditlərin həcmi 2022-ci ilin sonundakı 507,3 milyon manata (4,7%) qarşı 480,4 milyon manata (portfelin 4,1%-i) düşüb.
Azərbaycanda bankların ümumi kapitallaşması isə 3,9% artımla 5 milyard 839,1 milyon manatdır.
Bankların öhdəlikləri 5,8% azaıma qeydə alınıb və yanvar-iyul aylarının sonuna 39 milyard 41,2 milyon manat təşkil edir. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 2,1 dəfə azalaraq 107,7 milyon manat qiymətləndirilir. Banklardakı depozit portfeli 5,7 faiz azalma ilə 31 milyard 841,1 milyon manatdır. Əhalinin əmanətləri 8,2 faiz artaraq 12 milyard 429,3 milyon manatdır.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında bankların cəmi xalis mənfəəti 655,3 milyon manat təşkil edib. Bu, 2022-ci ilin 7 ayı ilə müqayisədə 33% artım deməkdir.
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 976,2 milyon manat (artım 33,1 faiz) olub. Verilmiş kreditlər üzrə gəlirlər 19,3 faiz artaraq 1 milyard 456,9 milyon manat təşkil edib.
Bankların qeyri-faiz gəlirlərində artım 14,1% olub və 738,1 milyon manata yüksəlib. Bankların faiz xərcləri 35,6% artımla 478,3 milyon manat, o cümlədən depozitlər üzrə 39,3% artaraq 341,4 milyon manata çatıb.
Bankların qeyri-faiz xərcləri 25,9% artaraq 1 milyard 271 milyon manat təşkil edir.
Yanvar-iyul aylarında Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 25,6% artımla 931,4 milyon manat təşkil edib.
Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 818,7 milyon manat (artım 22,8 faiz), mənfəət vergisi ödənişləri 163,4 milyon manat (artım 43,2 faiz) səviyyəsində qiymətləndirilir.
31 iyul 2023-cü il tarixinə Azərbaycanda 24 bank, o cümlədən 9 xarici kapitallı bank fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
Ümumilikdə bankların 486 filial və 86 filial şəbəkəsi var.
Azərbaycanın bank sektorunda 23,319 min nəfər çalışır, bu, 2022-ci ilin sonu ilə müqayisədə 2,4% artım olduğunu göstərir.