BİZNES

Nazim Hüseynov “BOS Şelf”ə rəhbər təyin edilib

Neft-qaz sektorunda fəaliyyətdə olan “BOS Şelf” MMC-nin (BOS Shelf) rəhbəri təyin edilib.

Məlumata görə, Nazim Hüseynov şirkətin baş direktoru təyin edilib.

O, buna qədər bu vəzifədə müvəqqəti icraedici idi.

Xatırladaq ki, “BOS Şelf” MMC 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Star Gulf FZCO tərəfindən təsis edilmişdir, 2000 manat nizamnamə kapitalı var. Hazırda 90% səhm payı SOCAR-a məxsusdur. “BOS Şelf” dəniz neft və qaz yataqlarının işlənilməsi üçün dəniz platformalarının və dərin dəniz özüllərinin quraşdırılması üzrə ixtisaslaşan və Azərbaycanın neft və qaz sektorunda aparıcı yer tutan şirkətlərdən biridir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)