Bitkoin kəskin ucuzlaşdı - SƏBƏB

Bitcoin dünən axşamı kəskin ucuzlaşaraq 26.000 dollardan bir qədər çox ticarət edib.
ENA.az xəbər verir ki, Coin Metrics-in məlumatına görə, kriptovalyuta sonuncu dəfə 26 593,68 dollara satılıb ki, bu da 9 faizə yaxın ucuzlaşma deməkdir.
Bitcoinin ucuzlaşması The Wall Street Journal-ın İlon Maskın rəhbərlik etdiyi SpaceX-in 2022 və 2021-ci illərdə Bitcoin holdinqlərinin ümumi dəyərini 373 milyon dollar təşkil etdiyini və kosmik səyahət şirkətinin onu satdığını bildirməsindən bir neçə saat sonra baş verib.
Bitwise Asset Management-in tədqiqatçısı Ryan Rasmussen: "Bu, bitcoin tarixində gördüyümüz ən qəddar dəqiqə-dəqiqə satışlarından biridir. Hazırkı fərziyyələr bunun Elon Musk/SpaceX-ə yönəlmiş satış olmasıdır".
Qeyd edək ki, sərt düşüşdən sonra Bitkoin yenidən bahalaşmağa başlayıb. Hazırda Binance platformasında bitkoin 26 min 296 dollara ticarət olunur.