"BOKT Embafinans" işçi axtarır - VAKANSİYA
BOKT Embafinans MMC aşağıda qeyd olunan göstəricilər üzrə Risklərin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiyasını elan edir:
(yalnız xanım namizədlər üçün)
Əsas vəzifə və öhdəliklər:
Kredit qovluqlarının aparılması və saxlanılmasını təşkil edir.
Kredit qovluqlarının yoxlanılması.
Kredit siyasətinə uyğun olaraq, kredit qovluqlarının problemli kreditlərin idarə edilməsi və hüquq şöbələrinə verilməsi və qəbulunu həyata keçirir.
Kreditləşmə ilə bağlı MKR-dən məlumatların alınması.
Kredit qovluqlarını ABS-dəki reyestr ilə tutuşdurur və eyni zamanda kredit qovluqlarındakı sənədlərdə olan çatışmazlığı aşkarlayaraq, aradan qaldırılması üçün tədbirlər görür.
Şübhəli əməliyyatlar üzərində nəzarəti təmin edəcək tədbirlər görür.
Şöbə müdirinin risklərin minimallaşdırılması ilə əlaqədar ona həvalə etdikləri digər vəzifələri həyata keçirir.
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
Ali təhsil (iqtisadiyyat, riyaziyyat və hüquq arzuolunandır);
Yaş həddi 25
Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi və ya monitorinq vəzifəsində) ən azı 1 il iş stajının olmasına üstünlük verilir;
Azərbaycan dilini bilmək (ingilis və rus dilini bilmək arzuolunandır);
Məsuliyyətli, təşəbbüskar və ünsiyyət qurma bacarığının olması;
Komandada işləmək bacarığı;
Nəzarət edə bilmə qabiliyyəti;
MS office proqramlarında sərbəst şəkildə işləyə bilmək;
Gərgin şəraitdə işləmək bacarığı.
Analitik düşünmə qabiliyyəti;
Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Müracət və seçim qaydaları:
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq. Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.
Maraqlananlar müraciət şəkilli CV (resume) formalarını hr@embafinans.az ünvanına göndərə bilərlər.
İş qrafiki: 6 gün /I-VI günlər