Azərbaycanda ən çox maaş bu rayonlarda verilir - SİYAHI
2023-cü ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11.5 faiz artaraq 921.9 manata çatıb.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Paytaxta bu göstərici 1 177.3 manat təşkil edib. İkinci ən çox əməkhaqqının olduğu rayon isə Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 914.8 manatdır.
Gədəbəy 817.7 manat olmaqla 3-cü yerdə, Sumqayıt 816.4 manat olmaqla 4-cü yerdədir, 5-ci yerdə isə 812.9 manat olmaqla Şuşadır. Şuşadan sonra yüksək maaş Zəngilan (789.2 manat), Şirvan (776.5 manat) və Qubadlıdadır. (756 manat)
Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Balakən və Zaqatala rayonlarında qeydə alınıb. 1 iyul 2023-cu il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 498.8 manat, Balakəndə orta aylıq əməkhaqqı 517.7 manat, Zaqatala rayonunda isə 533.4 manat təşkil edib.