İnşaat və əmlak

Yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 0,2% artdı

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 miyon 20,5 min kvadratmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 11,4% çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 469,4 milyon manat (artım 0,2%) təşkil edib.

Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% azdır. 2022-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşu 925,4 milyon manat (azalma 5,8%) təşkil edib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)