Birja

Dünya bazarlarında neftin qiyməti- 16.08.2023

Amerika Neft İnstitutunun (API) ötən həftə xam neft ehtiyatlarının kəskin azalması ilə bağlı məlumatlarına baxmayaraq, neft qiymətləri çərşənbə günü də ucuzlaşmağa davam edib.

Bugün Bakı vaxtı ilə saat 09:05-ə Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün 84,64 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,25 dollar (0,29%) aşağıdır. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,21 dollar (0,26%) ucuzlaşaraq bir barelə görə 80,78 dollar təşkil edib. 

Ötən həftə ABŞ-da enerji ehtiyatları ilə bağlı rəsmi məlumatlar çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da dərc olunacaq. S&P Global Commodity Insights tərəfindən sorğu keçirən ekspertlər orta hesabla neft ehtiyatlarının 2,26 milyon barel, benzinin 1,6 milyon barel azalacağını proqnozlaşdırır və distillat ehtiyatlarının dəyişməsini praktiki olaraq gözləmirlər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)