Azərbaycandan xaricə satılan qızılın həcmi azaldı
Gədəbəydəki qızıl mədəni ətrafında baş verən hadisələrdən sonra ölkəmizin qızıl ixracı ilə bağlı rəqəmləri çox maraqlıdır. ENA.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısında Azərbaycan dünya bazarlarına 1366,8 kq qızıl ixrac edib ki, bu da 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 26,8% azdır.
İxrac edilən qızılın dəyəri 60 milyon 498,16 min dollar qiymətləndirilir. Bu isı dəyər iofadəsində 23,8% azalma deməkdir.
Bu dövrdə Azərbaycan 1 milyon 122 750 dollara (azalma 34,3%) 1461,7 kq gümüş (azalma 33,3%) ixrac edib.
1 milyon 84,75 min dollar dəyərində qızıl və 1 423,7 kq gümüş ixracının bütün həcmi İsveçrənin payına düşüb. 38 min dollar dəyərində 38 kq gümüşün qalan hissəsini BƏƏ alıb.
2022-ci ildə Azərbaycan dünya bazarlarına 5 482,68 kq qızıl (2021-ci illə müqayisədə 9,9% azalma) 185 milyon 249 680 (azalma 8,5%) dəyərində ixrac edib.
2022-ci ildə Azərbaycandan 3 milyon 822,39 min dollara (artım 73,3%) 5 449,41 kq gümüş (artım 82,8%) ixrac edilib.
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. O cümlədən, 1997-ci il avqustun 21-də Azərbaycan 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Hazırda Anglo Asian Mining PLC Azərbaycanda 8 müqavilə sahəsinin işlənməsi hüququna malikdir.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılmış “AzerGold” QSC qızıl hasilatı ilə məşğuldur.