Avtomobil

Azərbaycana elektrik avtomobillərin idxalı 8 dəfə artıb

2023-cü ilin ilk 7 ayında Azərbaycana 61 milyon 362 min dollar dəyərində 1 492 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) idxal edilib.

Dövlət Gömrük Komitəsininməlumatına əsasən, bu il idxal edilən elektromobillərin sayı 8 dəfə artıb.

2022-ci ilin ilk 7 ayında Azərbaycana 5 milyon 519 min dollar dəyərində 186 ədəd elektromobil idxal edilmişdir.

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 186 milyon 544 min dollar dəyərində 8 426 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid) idxal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)