Dövlət Sərhəd Xidməti 2 milyona yaxın dəyərdə elektrik avadanlığı alır
Dövlət Sərhəd Xidməti (DSX) elektrik avadanlıqlarının satın alınması ilə bağlı tenderi başa çatıb. ENA.az www.tender.gov.az portalına istinadən xəbər verir ki, tenderin qalibi “Aktif Elektrik” MMC olub.
Şirkətlə 1 milyon 893,915 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində DSX müxtəlif gücdə 32 ədəd generator, günəş və külək enerjisi ilə elektrik istehsal edən 33 ədəd sistem alacaq.
Avadanlıqların tədarükü 2023-cü ilin sonuna qədər yekunlaşmalıdır.