Azərbaycan iqtisadiyyatı 0,5% artdı. Hansı sahələr öndədir?
2023-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7% çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin birinci yarısının yekunları üzrə Azərbaycanda ÜDM 0,5% artıb.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2% azalıb, qeyri neft-qaz sektorunda isə 3,4% artıb.
ÜDM istehsalının 42,8%-i sənaye, 9,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9%-i tikinti, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,7%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,2%-ni təşkil edib.
Yanvar-iyul aylarında əhalinin hər nəfərinə düşən ÜDM 6 min 938,8 manata bərabər olub.
Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,8%, o cümlədən qeyri-neft sektorunda artım 4,9%, neft sektorunda azalma 1,5% səviyyəsində gözlənilir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6%, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.