Bank

Azərbaycandakı İran bankının depozit hesabları kəskin boşaldı. Pullar geri çəkilib - RƏQƏM

Azərbaycandakı İran bankı ciddi maliyyə resursu çatışmazlığı ilə üzləşə bilər. Çünki 3 ayın içində kimin bu bankda depoziti vardırsa, çəkib. ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Bank Melli İran Baku-da yoxlamalara başlamsı və bununla bağlı məlumatlar Bankın depozit portfelini çökdürüb. 

Eləcə də oxu: Azərbaycandakı İran Bankı bağlanacaqmı? Mərkəzi Bankdan açıqlama

Belə ki, 2023-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, bankda 12,5 milyon manat həcmində depozit olduğu halda, 3 aydan sonra yəni, 2023-cü il iyulun 1-nə olan məlumata görə, depozitlərin həcmi 1.5 milyon manata düşüb. Xüsusən də hüquqi şəxslərin vəsaiti üstünlük təşkil edən depozit portfeli demək olar ki, boşalıb. Aprel-iyun aylarında depozitlərin 11 milyon manatı geri çəkilib və beləliklə, İran Bankının Azərbaycandakı ofisinin depozit hersabları 88% azalıb. 

Eləcə də oxu: İranın Azərbaycandakı bankında bütün əməliyyatlara - “STOP” QOYULDU

 

 

Banklar

1 R / 2023

min manatla

2 R / 2023

min manatla

  1. Bank Melli İran Bakı filialı

12,5

1,5

 

 

 

 

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)