Bank

Azərbaycandakı İran Bankı bağlanacaqmı? Mərkəzi Bankdan açıqlama

İran bankında yoxlamalar aparılıb. Xüsusən də çirkli pulların yuyulması ilə bağlı.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Bəzi nöqsanlar aşkar edilmişdi və müvafiq olaraq bəzi əməliyyatlar məhdudlaşdırılmışdır. Bank Melli İranın bağlanması ilə bağlı hər hansı bir qərar yoxdur. Təsir tədbirləri görülmüşdür, proseslərdə olan boşluqlar aradan qaldırıldıqdan sonra aradan qaldırılması sonra öz fəaliyyətini advam etdirə bilər. Maliyyə sabitliyi baxımından heç bir təhlükə yoxdur. Göstəriciləri sabitdir", - deyə o qeyd edib.

"Tematik inspeksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə konstektində keçirilmişdir", - deyə Baş direktor Toğrul Əliyev əlavə edib.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department