Bank

İranın Azərbaycandakı bankında bütün əməliyyatlara - “STOP” QOYULDU

İran bankının Azərbaycandakı filialı olan Bank Milli İran Baku-da bütün əməliyyatlar dayandırılıb.

ENA.az “Bank Milli İran Baku” nümayəndəliyindən əldə etdiyi məlumata görə, artıq təxminən bir aya yaxındır ki, bütün əməliyyatlara stop qoyulub.

Bank vasitəsilə İrandan Azərbaycana və əks istiqamətə heç bir köçürmə, ödəniş mümkün deyil. Kredit və digər ənənəvi xidmətlər işləmir. Bankda yalnız hesabdan pul götürmək mümkündür.

Bank xidmətlərinin hansı işləyir, sualına isə “Bütün bank əməliyyatlarımız müvəqqəti dayandırılıb”, - deyə cavab verilib.

Səbəb kimi Azərbaycanın maliyyə tənzimləyicisinin bankda yoxlamalar aparması göstərilir. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department