Azərbaycan altı ayda Çexiyadan 82% çox smartfon alıb - RƏSMİ RƏQƏMLƏR
2023-cü ilin birinci yarısında Çexiyadan Azərbaycana smartfonların tədarükü 50 071 ədəd təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,6% çoxdur.
ENA.az xəbər verir ki, Çexiya Statistika İdarəsinin məlumatına görə, hesabat dövründə Çexiyadan Azərbaycana idxal olunan smartfonların dəyəri 40,501 milyon avro təşkil edib. Yəni dəyər ifadəsində artım 2,1 dəfədir.
Statistikaya görə, yanvarda Azərbaycana 5,351 milyon avro dəyərində 5,513 min ədəd, fevralda 8,276 milyon avro dəyərində 9,380 min ədəd, martda 8,031 milyon avro dəyərində 10,937 min ədəd, apreldə 8,82 milyon avro dəyərində 7,357 min ədəd, may ayında - 6,048 milyon avroya 7,793 min ədəd, iyunda - 6,968 milyon avroya 9,091 min ədəd smartfon idxal edilib.