Yevlax Pilot Aqroparkda daha iki şəxs rezidentlik statusu alıb
Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və “Kronos Agro” MMC-yə rezident statusu verilib.
ENA.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X.com-da (tvitter) bildirib.
Rezidentlər tərəfindən 61.9 hektar sahədə investisiya həcmi 938.4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək.
Aqroparkın ümumi ərazisi 2 855 hektar təşkil edir, bunun da 1 147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edir.
Pilot aqroparkın 1 147 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə verilir.