Vakansiyalar

Şirkət restoran direktoru vəzifəsinə işçi axtarır - MAAŞ 1500 AZN 

Eight Marketing and Management Company

Restoran Direktoru

 Son tarix 04 sen 2023 

Vəzifənin Xülasəsi:

  • Restoranın direktoru restoranın idarə olunmasına,habelə gündəlik əməliyyatların aparılmasına və bütün qrupların bir-biri ilə əlaqəli işləməsinə cavabdehdir. Restoranın fasiləsiz işləməsinə, restoranda baş verən hər hansı bir hadisədən və bütün əmlak avadanlıq və şəxsi heyyətdən məsuldur.

Vəzifə öhdəlikləri:

  • Qida, içki, əmək xərcləri və mənfəət planlı satışına nail olmaq;
  • Yemək və içki ilə bağlı bütün müraciətləri və sifarişləri idarə etmək və vaxtında icra olunmasını təmin etmək. Siyasətlərin düzgün şərh edilməsini və işçilərin rəy almasını təmin etmək;
  • Büdcə və işçilərin uçotunu aparmaq və ərzaq uçotu sənədlərinə nəzarət etmək;
  • Yeməklərin və içkilərin keyfiyyətini gündəlik yoxlamaq;
  • Təkliflər və funksional müqavilələr daxil olmaqla sənədlərin gündəlik axınına nəzarət etmək;
  • Avadanlıq və qurğulardakı çatışmazlıqları aradan qaldırmaq;
  • Restoranın ümumi xidmətini və təmizliyini təmin etmək;
  • Heyətin idarəedilməsi, gündəlik və aylıq iş planlarının tərtib edilməsi
  • Müştəri məmnuniyyətini təmin etmək
  •  Müştərilərin şikayətlərinə cavab vermək, problemi həll etmək üçün müvafiq tədbirlər görmək
  • Müştərilərin sifarişlərinin vaxtında və keyfiyyətli şəkildə təqdim olunmasına nəzarət
  • Yeni işçilərin təlimatlandırılması və adaptasiyasına nəzarət etmək
  • İşçilərə vəzifələrinin yerinə yetirilməsində və nizam intizam qaydalarının həyata keçirilməsinə nəzarət etmək
  • Məhsulların keyfiyyətinə və təqdimatına nəzarət etmək
  • Mövsümi menuya dəyişiklər, yeni məhsullar təklif etmək
  • Stres və münaqişə hallarını idarə etmək
  • Fəaliyyət ərazisində gündəlik baxış keçirmək, təmizlik səviyyəsinin, digər məlumatların yerində olmasından əmin olmaq
  • İnzibati işlər, əmək qüvvəsi və əməliyyat məsrəfləri ilə bağlı məsələləri tənzimləmək
  • Qonaqlara göstərilən xidmət standartlarının icrasına nəzarət etmək və gəlirləri artırma

Namizədə tələblər:

  • Ali təhsil (İdarəetmə, maliyyə və mühasibat sahələri üzrə olması üstünlükdür)
  • İaşə sahəsində rəhbərliyi və ya ona uyğun diplom.
  • Restoran standartlarını bilməli və tətbiq etməyi bacarmalı
  • Restoran və ya otel sahəsində minimum 3 illik iş stajı
  • Kompyüter və satış proqramları üzrə bilikər
  • Restoranın profilinə uyğun mətbəxin xüsusiyyətləri
  • İşçi heyətin idarə edilməsi. İşçi heyəti ilə əlaqədar qanunvericilik, qaydalar və normalar, sağlamlıq və təhlükəsizlik
  • Restoran büdcəsini, maliyyə və mühasibat hesabatlarını hazırlamaq
  • Keyfiyyətə nəzarət xidmətləri üzrə fəaliyyətlərin həyata keçirilməsi
  • İşgüzar ünsiyyət etikası.
  • Azərbaycan  və Rus dillərini mükəmməl səviyyədə bilməli (İngilis dili arzuolunandır)
  • Rəqabət təhlilinin aparılması
  • Büdcə planlaşdırılması və təqibi
  • Komandada işləmək bacarığı, yaxşı ünsiyyət qurmaq bacarığı

İş şərtləri:

  • Həftə içi 6 gün 

  • İstirahət günü - bazar günləri
  • Əmək haqqı :1500 AZN 
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, REGES PARK Residence, İlqar Mirzəyev küçəsi, 36-50

Əlavə məlumat:

  • Yalnız uyğun namizədlər iş görüşməsinə çağırılacaq

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını “Restoran direktoru “  qeyd etməklə hr@eightmanagementcompany.az göndərə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)