Ukrayna Krım körpüsünü vurdu
Krımı Ukrayna ilə birləşdirən Çonqarski və Geniçesk körpülərinə raket zərbələri endirilib.
ENA.az xəbər verir ki, Rusiya rəsmiləri hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib.
Ukrayna Silahlı Qüvvələri məlumatı təsdiqləyib. Ordunun Strateji Rabitə Mərkəzinin rəsmi Telegram kanalında bu barədə məlumat yayılıb.
“Saat 15:00 radələrində Ukrayna Müdafiə Qüvvələri işğalçıların iki əsas rabitə marşrutunu - Çonqarski və Geniyski avtomobil körpülərini vurdu”, - kanalda qeyd olunur.