Gənclərin 73 faizi peşə seçimində süni intellekt mühəndisliyinə üstünlük verir
Youthall karyera platforması tərəfindən həyata keçirilən Gələcək İş Tələbi sorğusunun nəticələrinə əsasən, gənclərin 73 faizi 10 ildən sonra süni intellekt mühəndisliyinin peşələr arasında birinci olacağını düşünür. Respondentlərin 24 faizi işçilər, 75 faizi isə universitet tələbələridir. Qalanları isə heç bir işdə işləməyən gənclərdən ibarətdir.
Gənclər süni intellekt, data elmləri sahələrində işçi qüvvəsinə tələbatın olacağına inanırlar.
Youthall-ın qurucu CEO-su Emre Aykan: "Kreativlik və innovasiya məsələləri şirkətlər tərəfindən daha çox üstünlük təşkil edir. Problem həll etmə və qərar vermə bacarıqları kimi amillər ön plana çıxır. Bununla belə, proqram texnologiyası ekosistemi doyma səviyyəsinə çatıb. Məsələn, süni intellekt təcrübəsi ən çox axtarılan işçi qüvvəsi olacaq. Sorğunun nəticələrinə görə, gənclərin 73 faizi 10 ildən sonra süni intellekt mühəndisliyinin peşələr arasında birinci olacağını düşünür”, - söyləyib.
“Hər 10 gəncdən 7-si yüksək gəlirli peşələrə üstünlük verir”
İşəgötürənlərin üstünlükləri ilə bağlı Youthall CEO-su Aykan deyib: “İş dünyasının peşəkarları davamlılıq ekspertizası, bərpa olunan enerji ekspertizası və robot mühəndisliyi kimi peşələrin üst sıraları bölüşəcəyini proqnozlaşdırırlar. Digər tərəfdən onlayn satışlar artdıqca satış nümayəndələrinə tələbat azalacaq. Sənaye və istehsal sektorunda robot sistemlərin artması ilə istehsal sektorunda çalışanların sayı azalacaq. Süni intellekt uzunmüddətli perspektivdə yüksək qazancı olan bir texnologiyadır. Gənclərin 87 faizi karyera seçimində qazanc və inkişaf imkanlarına baxır”, - deyib.
“İş dünyası işə qəbulda ünsiyyət və əməkdaşlıq bacarıqlarına önəm verir”
Sorğuda iştirak edən mütəxəssislərin cavablarına görə, ünsiyyət və əməkdaşlıq bacarıqları bu gün işə qəbul zamanı nəzərə alınan ən vacib keyfiyyətlərdir (yüzdə 74). Biznes mütəxəssislərinin 70 faizi problem həll etmə və qərar vermə qabiliyyətini kritik element kimi qəbul edir. 53 faiz uyğunlaşma qabiliyyətini əvəzolunmaz keyfiyyət kimi müəyyənləşdirir.
“Satış və istehsal sahələrinin mövcudluğu azalacaq”
Youthall CEO-su Aykan, texnologiyanın sürətlə inkişaf etdiyi müasir mühitdə varlığını itirəcək peşələr haqqında, "Respondentlərin yüzdə 16-sı istehlak və alış-veriş vərdişlərimizin dəyişməsi ilə, inkişaf edən texnologiyanın satışda məşğulluğu aradan qaldıracağı ilə razılaşır. Yüzdə 15-i sənaye və istehsal sektorunda avtomatlaşdırma və robot sistemlərinin istifadəsinin artması ilə istehsal və emal sahələrinin mövcudluğunun azalacağını proqnozlaşdırır" - deyə qeyd edib.