AMEA-da struktur islahatları aparılır, islahat paketi hazırlanır
![](https://ena.az/uploads/news/2019-02/_businessinsider_52bd114d3fd6d12cb3e4ba363_o.jpg)
“Azərbaycan Milli Elmlər Akademiyasında struktur islahatları gedir”.
Bunu açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
O bildirib ki, hazırda akademiya islahatlar paketini hazırlayır: “Paketdə müxtəlif struktur dəyişikliyi olması nəzərdə tutulub”.
"Ədəbiyyat İnstitutu ilə Dilçilik İnstitutunun birləşdirilməsi ilə bağlı yayılan məlumatlar doğrudurmu?" - sualına cavabında isə İ.Həbibbəyli hansı struktur dəyişikliyi olması haqda əvvəlcədən məlumat vermək istəmədiyini deyib.