Azərbaycanlı iş adamı Gürcüstanda güllələndi
Gürcüstanda azərbaycanlı iş adamı silahlı hücuma məruz qalıb.
Gürcüstan mətbuatı xəbər verir ki, hadisə Tbilisidə baş verib.
Məlumata görə, etnik azərbaycanlı Roman İsayevə şəxsi mağazasında atəş açılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Polis silahlı cinayətkarı axtarır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 19/108-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.