Neft bahalaşır. Dolların dəyərinin artması fonunda "qara qızılı" nə gözləyir? (02.08.2023)
Neft qiymətləri aktiv şəkildə yüksəlir, treyderlər ABŞ-da neft ehtiyatlarının kəskin azalması siqnallarını qiymətləndirirlər.
ENA.az saat 09:31-ə Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 85,71 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışındakı göstəricidən 80 sent (0,94%) çoxdur.
Nyu-Yorkun əmtəə birjasında (NYMEX) elektron hərraclarda sentyabr ayı üçün WTI markalı neftin fyuçerslərinin kotirovkaları qeyd edilən vaxta görə 69 sent (0,85%) artaraq bir barelə görə 82,06 dollar təşkil edib.
Çərşənbə axşamı neft bazarı üçün mənfi amil dolların möhkəmlənməsi olub, çünki bu, digər valyuta sahibləri üçün əmtəələrin qiymətini artırır. Dolların altı əsas dünya valyutası qarşısında dinamikasını göstərən ICE-nin hesabladığı indeksi 0,4% bahalaşıb.
Oanda-nın baş analitiki Edvard Moya deyib: “Neft bazarında ralli, ABŞ-ın səhmlərinin ucuzlaşması və dolların möhkəmlənməsi fonunda fasilə verməyə hazırlaşır.
Bu arada, Amerika Neft İnstitutunun (API) ərəfəsində açıqlanan məlumatları göstərdi ki, son bir həftə ərzində ABŞ-da neft ehtiyatları 15,4 milyon barel azalıb.