Gündəm

Naxçıvanda üç qurum ləğv olundu

Naxçıvanda üç qurum ləğv olunub.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.

Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)