Bank

Dünyada qızıl alışlarının həcmi 64% azalıb

Ümumdünya Qızıl Şurasının (WGC) hesabatına görə, ikinci rübdə mərkəzi bankların xalis alışları 64 faiz azalaraq 103 tona düşüb. Bu, bir ildən artıq müddətdə ən aşağı tələbdir. 

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı isə bu ilin əvvəlində yerli bazara 132 ton qızıl satıb. Ümumdünya Qızıl Şurasının hesabatında ölkədə yüksək inflyasiya və seçkilərlə bağlı qeyri-sabitlik, narahatlıqlar bu il qızıla olan istehlak tələbinin artmasına səbəb olub.

Şuranın hesabatına görə, ikinci rübdə Türkiyə ilə yanaşı Çin, Sinqapur və Polşanın mərkəzi bankları tərəfindən həyata keçirilən böyük alışlar qiymətlərin yuxarı qalxmasına təsir edib.

WGC bu il mərkəzi bank tələbinin 2022-ci ildəki rekordun təxminən yarısı olacağını gözləyir. Hesabata görə, bu, hələ də 500 tondan çox alış deməkdir.

WGC-nin strateqi Con Rid deyib: “TCMB-nin likvidliyi təmin etmək üçün kommersiya banklarına qızıl satmasının təkrarını görəcəyimizi düşünmürəm. Beləliklə, üçüncü rübdə daha yaxşı rəqəm gözləyirik."

Hesabatın digər diqqətəlayiq məqamları arasında Çinin zərgərlik məmulatları, külçə və sikkə alışlarının əvvəlki rüblə müqayisədə 31 faiz azalması da var. Ölkədə bir illik məhdudiyyətlərdən sonra dayanıqlı tələb zəiflədiyi üçün qızıl istehlakı zəiflədi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)