Gündəm

Azərbaycanda yeni kanal fəaliyyətə başlayır

“Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır.

Bu barədə Qərbi Azərbaycan İcmasından bildirilib.

Qeyd edilib ki, icmanın nəzdində yeni “Qərbi Azərbaycan TV” internet televiziyası fəaliyyətə başlayır. Avqustun 1-dən etibarən ilkin olaraq həftədə 4 dəfə saat 17:00 –da iki saatlıq efirlə qarşınızda olacaq kanalın Azərbaycan və Rus dillərində buraxılışları nəzərdə tutulub. Gələcəkdə ingilis dilində də efirin olması planlaşdırılır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)