Gündəm

AP İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının ləğvinin səbəbini açıqlayıb

İran nümayəndələri İsrail və Livan arasında davam edən hərbi əməliyyatlara görə iyunun 19-da ABŞ ilə danışıqların keçirilməli olduğu İsveçrəyə səfərdən imtina ediblər.

ENA.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.

"İran rəsmiləri danışıqlar başlamazdan əvvəl Livanda hərbi əməliyyatların dayandırılmalı olduğunda təkid edərək planlaşdırıldığı kimi İsveçrəyə getməyiblər. ABŞ-nin Vitse-prezidenti Cey Di Vens də səfərini təxirə salıb", - AP yazıb.

Agentliyin həmsöhbətinin məlumatına görə, İsrail və Livanın radikal "Hizbullah" qruplaşması atəşkəs haqqında razılaşmanı bərpa etmək barədə razılığa gəliblər və bu barədə qərar yaxın vaxtlarda elan oluna bilər.

Daha sonra "Axios" portalının jurnalisti Barak Ravid öz mənbələrinə istinadən bildirib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff hazırda İran nümayəndə heyəti ilə danışıqlarda iştirak etmək üçün İsveçrəyə yollanır, Donald Trampın kürəkəni, sahibkar Cared Kuşner isə artıq oradadır. Konkret tarix barədə məlumat verilməyib.

Ötən gün - iyunun 19-da məlum olub ki, İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəlib. Lakin qısa müddət sonra hərbi əməliyyatlar bərpa edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)