İlham Əliyev SOCAR-a yeni vitse-prezidentlər təyin etdi - SIYAHI
Prezident İlham Əliyev Dövlət Neft Şirkətinə vitse-prezidentlər təyin edib.
ENA.az xəbər verir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Prezidentin digər Sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Daha bir Sərəncamla Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
İlham Əliyevin Sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Əfqan Elçin oğlu İsayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.