Sənaye

Azərbaycan və Türkiyə “Su-25″lərin modernizasiyasına dair anlaşma imzalayıb

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “TUSAŞ” şirkəti arasında “Su-25” qırıcılarının modernizasiyasına dair anlaşma imzalanıb.

İmzalanma mərasimi İstanbulda keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində baş tutub.

Sənədi Azərbaycan müdafiə nazirinin müavini – Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov və “TUSAŞ” şirkətinin baş meneceri Temel Kotil imzalayıblar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)